SABAH qrupları Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq ixtisasının III kurs tələbələri Asiman Musayeva və Ərturqut Şərəfxanlı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının keçirdiyi "II Gənc Hakimlər” müsabiqəsinin qalibi olublar.
Bu barədə "TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində təşkil olunmuş müsabiqə 2 mərhələdən ibarət olmuşdur. Müsabiqə çərçivəsində tələbələr real kazuslar üzrə hakim rolunda çıxış etmiş, mülki və cinayət prosessual sahələr üzrə müxtəlif vəkil və hüquqşünaslar tərəfindən qiymətləndirilmişlər. Müsabiqənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrdə nəzəri biliklərlə yanaşı, təcrübi bilikləri də artırmaqdır.