İkinci "Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Azər Əzimov BP və tərəfdaşlarının Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial investisiya layihələrinin monitorinqi məqsədilə Samux rayonuna, Gəncə və Yevlax şəhərlərinə işgüzar səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak ediblər.
TehsilMedia.az xəbər verir ki, tədbirlər zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti və müsabiqə qaliblərinin mentoru Bəxtiyar Aslanbəyli, o cümlədən BP-nin regional prezidenti Qəri Counz layihələrin məqsədi və cəmiyyət üçün əhəmiyyəti barədə qaliblər ilə müzakirələr aparıblar.
Səfər çərçivəsində "Yüksəliş” müsabiqəsinin qalibləri, həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənclər və idman naziri Fərid Qayıbov ilə idarəçilik mövzuları ətrafında fikir mübadiləsi aparıblar.