"İyunun 10-11-də üçüncü "Yüksəliş” müsabiqəsinin əyani mərhələsi keçiriləcək".
"TehsilMedia.az"ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir.
"Qabiliyyət üzrə yoxlama imtahanında verbal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə 6 mətn olmaqla 25 sual, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üçün 25 sual, abstrakt düşüncə bacarığının yoxlanılması üçün 25 sual olmaqla ümumilikdə 75 sual təqdim ediləcək. 2 saat 30 dəqiqə ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi balın ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrı topladıqları balın isə ən azı 50 faizini təkrar etməlidir”.