Quba rayounu Alakseyevka kənd 17 saylı uşaq bağçasında ilan tutulub.
TehsilMedia.az xəbər verir ki, hadisədən sonra ötən əsrin 40-cı illərində inşa olunan bağça dezinfeksiya olunsa da, çağırılmamış qonaqların kökü kəsilməyib. Valideynlərin sözlərinə görə, nə olsun ki dezinfeksiya edilib. Söhbət ilandan gedirsə, onun ağına da lənət, qarasına da.
Valideynlər, həmçinin müəllimlər bu vəziyyətdən olduqca qorxublar və narahatdırlar.
Bağçanın gələcək aqibəti necə olacaq?
Bağşa yenidən uşaqların istifadəsinə verilə bilərmi?
İlanlar yuvası ilə bağlı ciddi hansısa tədbirlər görüləcəkmi?
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorundan bildirilib ki, bağçaya baxış keçirilib. Bildirilib ki, bağçanın tavan və döşəmə hissəsi əsaslı təmir olunacaq. Bağçanın təmiri bitənə qədər 53 uşağın təlim-tərbiyə aldığı bağça fəaliyyət göstərməyəcək.
TEHSİL MEDİA