
Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin şagirdi 2006-cı il təvəllüdlü Əliyeva Gültəkin Aftandil qızı 11ci sinif şagirdidir.
Həmin şagirdin adı sinif jurnalında yazılıb, lakin özü məktəbə getməyib və dərslərdə iştirak etməyib.
Tehsilmedia.az-a daxil olan şikayətdə bildirilib ki, həmin şagird ailə həyatı qurmaq üçün Bərdə rayonuna qoşulub qaçıb.
Bildirilib ki, Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin direktoru, müavinləri və məktəbin kollektivi həmin şagirdin qaçması barədə xəbəri hələ bu gün eşidiblər.
Məsələ ilə bağlı məktəbin direktoru İradə xanımla əlaqə saxladıq və o, şagirdin jurnalda adının getməsinə baxmayaraq dərsə gəlmədiyini və ərə getdiyini təsdiqlədi.
Demək olar ki, şagirdin adı sinif jurnalında yazılsa da, şagirdin dərsə gəlib-gəlməməsi məktəb rəhbərliyini və həmin sinfin sinif rəhbərini narahat etməyib və şagirdə dərslərdə iştirak etmədiyinə görə qayıb yazılmayıb.
Bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciətimizin tezliklə cavablandırılacağını və problemin həll olacağını ümid edirik.
TƏHSİL MEDİA