![](https://tehsilmedia.az/uploads/posts/2023-05/1683362454_bagca_muellime.jpg)
Bağçalara qəbulla bağlı imtahan verdilər, lakin hələ də işə qəbul olunmayıblar. Bağçalara işə qəbul üzrə müsabiqənin qalibləri işə düzəlmək üçün hələ nə qədər gözləyəcəklərini bilmirlər.
TehsilMedia.az xəbər verir ki, müəllimlər bildiriblər ki, avqust ayında imtahanda və sonra bizi müsahibəyə dəvət etdilər. Müsahibənin də cavabları dekabrın 10-da açıqlandı. Və həmin vaxtdan etibarən vakansiya gözləyirlər. Onların sözlərinə əsasən, Təhsil Nazirliyi insan resurslarına müraciət etməklərini istəyiblər. Oranın əməkdaçları isə bildirir ki, vakansiya yerlərini Təhsil Nazirliyi müəyyən edir. Şikayətçilər bildirirlər ki, yeni tədris ilində yığdıqları balların sıfırlanmasından qorxurlar. 366 nəfərdən 102 nəfər vakant yerlərə yerləşdirilib. Təhsil İnstutunun insan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli işə götürülməyən 264 nəfərin aqibətlərinə belə aydınlıq gətirib. Ötən ilin sonundan etibarən 105 namizədin məktəbəqədər təhsil müəssisələrində yerləşdirilməsi həyata keçirilib. Yerli təhsil idarəetməorqanları tərəfindən daxil edilmiş vakansiyalara kadr təminatı mütəmadi olaraq aparılır və ehtiyaca müvafiq olaraq proses davam etdirilir. "Bəs növbəti tədris ilində müəllimlərin ballarının sıfırlanma ehtimalı varmı?" sualına elə bir halın nəzərdə tutulmadığını diqqətə çatdırıb.