Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub.
TehsilMedia.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə Artaşat şəhərində olan bağçaların birində qeydə alınıb.
Məlumata görə, zəhərlənən 16 uşaq tibb məntəqəsinə yerləşdiriliblər.
Zəhərlənmənin əlamətləri uşaqlar evə qayıtdıqdan sonra özünü büruzə verib.
Faktla bağlı Ararat Regional İstintaq İdarəsində araşdırma aparılır.