Aydaho Universitetinin tələbələri Ethan Chapin (20), Madison Mogen (21), Xana Kernodle (20) və Kaylee Goncalves (21) 13 noyabr 2022-ci ildə evlərində bıçaqlanaraq öldürülmüş halda tapılıb.
Polis və Federal Təhqiqat Bürosunun (FTB) qrupları uzun axtarışlardan sonra hmin tələbələri öldürməkdə təqsirləndirilən Kohbergeri 30 dekabr 2022-ci ildə Pensilvaniyadakı evində tutublar.
İlk mühakiməsindən sonra Kohberger mühakimə olunmaq üçün Aydahoya gətirilib.
Aydaho Ali Məhkəməsi mayın 17-də elan etdi ki, böyük münsiflər heyəti 28 yaşlı Kohbergeri dörd birinci dərəcəli qətl maddəsi üzrə mühakimə etmək qərarına gəlib.
Moskva şəhərini şoka salan universitet tələbələrinin qətlində günahlandırılan Kohberger, günahkar olub-olmaması sualını cavabsız qoyub.
Şübhəlinin vəkili “Hörmətli cənablar, biz susacağıq” dedikdən sonra iclasa sədrlik edən hakim Kohberberin ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyini güman edib.
Oktyabrın 2-nə təxirə salınan məhkəmə prosesinin təxminən 6 həftəyə tamamlanacağı gözlənildiyi halda, prokurorlar şübhəlinin ölüm cəzasını istəyib-istəmədiklərini 60 gün ərzində məhkəməyə yazılı şəkildə təqdim etməlidirlər.