Magistratura imtahanının II cəhdinin keçirilməsinə sayılı günlər qalıb. Bu imtahana hazırlaşan tələbələrin bir çoxu məntiq və informatika fənlərindən test işləməyə üstünlük verirlər.
Bəs bu az müddətdə xarici dili fənninə necə hazrlaşmaq lazımdır?
Mövzu ilə bağlı
TehsilMedia.az-a danışan ingilis dili müəllimi Aysel Əmirova bildirib ki, magistratura imtahanına az vaxt qaldığı üçün əsasən praktiki tapşırıqlara üstünlük vermək lazımdır.
“Əsasən “listening” və “reading” tapşırıqları tələbələrə müəyyən qədər çətin gəlir. Məhz bu baxımdan bu tapşırıqlara daha çox zaman ayrılmalıdır”.
Aysel Əmirova qeyd edib ki, söz bazasının çox olması tələbələrin ən böyük avantajıdır.
“Çünki verilən mətnlərin məzmununu tərcümə edərək rahatlıqla işləmək mümkündür.
Qrammatika da mütləq şəkildə təkrar olunmalıdır.
Hər bir tələbənin öyrənmək metodları fərqlidir. Əsas məsələ daha effektli olan hazırlaşma variantı tapmaq və ciddi şəkildə ona əməl etməkdir”.