Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında A3 formatlı kağız üzərində çəkilmiş rəsmlərin Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilməsinə başlanılıb.
Bu barədə "
TehsilMedia.az"a DİM-dən məlumat verilib.
Bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin təsviri sənət istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçirilən imtahanlarda A3 formatlı kağız üzərində çəkilmiş rəsmlərin fotoları və onlara verilmiş qiymətlər DİM-in saytına imtahanlar yekunlaşdıqca, növbəli şəkildə daxil edilir.
210, 211 və 212-ci komissiyalar üzrə Bakı şəhərində, 89, 1607 və 711-ci komissiyalar üzrə isə Lənkəran şəhərində keçirilmiş qabiliyyət imtahanlarında abituriyentlərin A3 formatlı kağız üzərində çəkdikləri rəsmlər artıq Mərkəzin saytına yerləşdirilib.
Qeyd edək ki, A2 formatlı kağız üzərində yerinə yetirilmiş tapşırıqların fotoşəkilləri abituriyentlərin qeydiyyat və imtahan nəticələri səhifələrində yerləşdirilir.