Bakı Dövlət Universitetinin (BDU) "SABAH” Mərkəzinin təşkilatçılığı və "Gənc Mendeleyevçilər” klubunun təqdimatı ilə "SABAH” qruplarının kimya müəllimliyi ixtisasının II-III kurs tələbələri üçün "Kimya elminin həyatımızda rolu” mövzusunda seminar olub.
Bu barədə "TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Bildirilib ki, seminarda "Gənc Mendeleyevçilər” klubunun üzvləri Elmira Mahmudova "Kimyanın dərman sənayesində, kosmetologiyada rolu", Miranə Ağayeva "Kimyanın tikinti, qida və məişət sahələrində rolu” mövzusunda təqdimatlar ediblər.
Tələbələr tikinti materialları, qida məhsulları, məişətdə istifadə olunan təmizlik vasitələri, müxtəlif dərmanların, kosmetik vasitələrin kimyəvi tərkibi haqqında məlumatlandırılıb.