Birinci ixtisas qrupunun RK altqrupunda 262, Rİ altqrupunda isə 413 nəfər olmaqla ümumilikdə 675 abituriyent 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.
Bu barədə
TehsilMedia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il I qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.