Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin baş müəllimi Lalə İbadovanın təşəbbüsü ilə açıq havada "İspan mətbəxi” mövzusunda dərs keçirilib.
Bu barədə "TehsilMedia.az"a ADU-dan bildirilib.
"Tərcümə və mədəniyyətlərarası ünsiyyət” fənni üzrə, İspan dili ixtisasında təhsil alan 254 cü qrup tələbələr üçün keçirilən dərsdə ispan mətbəxinə aid müxtəlif təamlar- salat və yeməklər hazırlanıb.