Amerikalı milyarder İlon Mask ABŞ-nin Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.
TehsilMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq vergi sənədlərinə əsasən məlumat yayılıb.
Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Burada təcrübəli müəllimlər işləyəcək, ənənəvi təhsil proqramı isə təcrübə əsasında öyrənmə, o cümlədən simulyasiyalar, tematik tədqiqatlar, layihə və laboratoriya işləri ilə eyni zamanda tətbiq ediləcək.
Qeyd edək ki, Mask tərəfindən yaradılan “Tesla” korporasiyasının qərargahı da ABŞ-nin Ostin şəhərində yerləşir.