"Əkiz övladları olan ailələrə məktəb seçimi zamanı müəyyən güzəştlər tətbiq edilir".
TehsilMedia.az xəbər verir ki, bunu Təhsil TV-də Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, bəzi hallarda valideynin ikinci övladının məktəb seçimində yer dolmuş olsa da, güzəşt tətbiq edilir.
O.Abbasov bildirib ki, qeydiyyat prosesi eyni qaydada aparılsa da, belə hallar istisnadır.
TƏHSİL MEDİA