Bu il birinci sinfə qəbul prosesində bir sıra yeniliklər edilib.
tehsil.media xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Təhsil masası”nda bildirib..
"Belə ki, əvvəl vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə qeyd edirdi. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir. Yəni, vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa sistemdə görünür”, - deyə nazirlik rəsmisi əlavə edib.