"2026-cı ilə qədər bütün müəllimlərin sertifikasiya imtahanı yekunlaşmalıdır".
TehsilMedia.az xəbər verir ki, bunu İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov iyunun 20-24-də keçiriləcək sertifikasiya imtahanlarından sonra növbəti imtahanların nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirərkən deyib.
"Bununla bağlı təqvim ilinin əvvəlində məlumat verəcəyik. İmtahanların dəqiq tarixi də 1 ay əvvəldən elan edilir”, - deyə şöbə müdiri vurğulayıb.