Şagirdlər üçün bitməsini istəmədikləri yay tətili başlayır. Tədris ilinin yekunlaşmasına sayılı günlər qalıb. Şagirdlər bütün dərs ili boyunca bu müddəti səbirsizliklə gözləyirlər. Çünki ağır dərs proqramı ilə yüklənən məktəblilər üçün bu, əsl bayramdır.
Yay tətilinin rəngarəng və səmərəli təşkili isə əsasən valideynlərin üzərinə düşür.
TehsilMedia.az xəbər verir ki, təhsil eksperti
Elşən Qafarov bildirib ki, məktəblilər 3 ayın azı 70 gününü təbiətdə keçirməlidirlər. Çünki məktəblilərin yaş dövrü bunu tələb edir.
Şəhərdə olan şagirdlər də tez-tez dəniz kənarında və parklarda gəzinti etməlidirlər. Tətil dövründə onlara dərs materiallarının verilməsi yolverilməzdir. Bu növbəti tədris ilində uşağın beyninin yorulmasına səbəb olar. Ekspert sovet dönəmində olduğu kimi yay düşərgələrinin təşkil olunmasının vacibliyini vurğulayıb.
Elm və Təhsil Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı qərar qəbul edilərsə, ictimaiyyətə bildiriləcək.
TƏHSİL MEDİA