Noyabrın 13-ü saat 15:00-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən "
TehsilMedia.az"a bildirilib ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.