Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı

Mədəniyyət

20-03-2024, 17:40

Milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı


Azərbaycan xalqının ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bu bayram təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, o cümlədən, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.

Azərbaycanda təbiət bayramı – Novruzun dövlət səviyyəsində qeyd edilməsi eyni zamanda ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı ölkəmizdə hər il möhtəşəm şəkildə qeyd edilir. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Öz müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi.

20 mart 1998-ci ildə məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ümummilli lider Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərlə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Bizi dünyaya məğrur millət olaraq tanıdan və ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Qeyd edək ki, bizi irəlidə işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Belə ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik. Xalqımızın qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Artıq Novruz bayramı haqqında aparılan uğurlu dövlət siyasəti nəticəsində dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri yüksək təqdirəlayiqdir. 2004-cü il avqustun 13-dən Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətə başlamışdır. Həmin müddətdən görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. Belə ki, 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin VI Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Eyni zamanda 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan xalqının milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

Novruz bayramının özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Azərbaycan xalqının Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə 4 bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Milli bayramımız olan Novruz bayramında təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ümummilli lider Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Saflıq, təmizlik, həmrəylik, barışıqbayramı olan Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Biz artıq Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayırıq.

Bakının, bölgələrimizin, ən əsası işğaldan azad olunmuş ərazilərin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.

Oxunub: 156
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

14-03-2024, 12:59

Milli Kitabxanada “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Mədəniyyət

19-03-2024, 16:46

BMU-da “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Gündəm

9-12-2023, 11:31

2024-cü ilin bayram günləri AÇIQLANDI

Mədəniyyət

11-02-2024, 20:48

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi bayramı - FOTO

Araşdırma
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
Elm və Təhsil
Bugün, 12:37
Kolleclərə ixtisas seçimi BAŞLAYIB
Bugün, 12:36
Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
Bugün, 12:35
Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
Bugün, 12:35
İxtisas seçiminin vaxtı AÇIQLANDI
Bugün, 12:34
Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
Bugün, 12:32
Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • Bugün, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • Bugün, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • Bugün, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • Bugün, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • Bugün, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • Bugün, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • Dün, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • Dün, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • Dün, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • Dün, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • Dün, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • Dün, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • Dün, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • Dün, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • Dün, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • Dün, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • Dün, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • Dün, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • Dün, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • Dün, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
  • 26-07-2025, 13:46
    MÜTDA: Portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub
  • 26-07-2025, 13:45
    Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
  • 25-07-2025, 14:00
    Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü
  • 25-07-2025, 13:59
    MDU-da daha bir əməkdaşlıq memorandumu imzalanıb
  • 25-07-2025, 13:58
    Professordan TƏKLİF: Fəxri adlara nəzarət gücləndirilsin
  • 24-07-2025, 10:56
    Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
  • 24-07-2025, 10:49
    Emin Əmrullayev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
  • 24-07-2025, 10:48
    Qəbul imtahanının nəticələri bu gün açıqlana bilər? - RƏSMİ
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
Dün, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
Dün, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
26-07-2025, 13:48
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə