Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) silsilə tədbirlər davam edir.
AzMİU-dan "tehsil.media"a bildirilib ki, Əcnəbi vətəndaşların hazırlığı fakültəsində Azərbaycan dili və nitqin elmi üslubu fənnindən dərslər Ulu Öndər Heydər Əliyevə həsr olunub.
Əcnəbi vətəndaşların təhsil aldığı qruplarda böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər salınıb, ölkəmiz qarşısında xidmətləri diqqəti çatdırılıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Dərslərdən sonra fakültə rəhbərliyi və əcnəbi tələbələr Ulu Öndərin universitetdəki büstü önünə gələrək xatirəsini dərin ehtiramla yad ediblər.
TƏHSİL MEDİA