Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində də əcnəbi tələbələr təhsil alır.
Bu barədə tehsil.media-a universitetdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda Azərbaycan Texnologiya Universitetində Rusiya, Gürcüstan və Türkiyədən olmaqla ümumilikdə 11 əcnəbi tələbə təhsil alır.
Həmçinin, Texnologiya Universitetində 1 Gürcüstan və 1 Rusiya vətəndaşı olan iki xarici əməkdaş çalışır.