Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

"Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”

Ali təhsil

25-05-2023, 10:31

"Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”

Son günlər ali məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlara müəyyən güzəştlər verilməsi məsələsi gündəmə çevrilib. Elm və təhsil naziri Emin Əmrullayev də ötən həftə media üçün keçirdiyi brifinqdə təklifin haqlı olduğunu, lakin nazirliyin bu məsələdə güzəşt edən yox, sənəd verən tərəf olduğunu bildirdi. Emin Əmrullayev çıxışında dünyada diplomlardan, kağızlardan çox biliyin rol oynadığını söylədi.

tehsil.media xəbər verir ki, mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov fərqlənmə diplomlu şəxslərin əmək bazarında üstün mövqeyinin qorunduğunu söyləyib.

Təhsil ekspertinin sözlərinə görə, ali məktəbi fərqlənmə ilə bitirən məzunlar aldıqları biliyi cəmiyyətdə doğruldurlar: “Bu gün ali təhsil əldə etmək olduqca vacibdir. “Qırmızı” (fərqlənmə - red.) diplom almaq üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərtlərə cavab verməlisən. Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Qaydalara görə, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir. Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda “qeyri-kafi” - F, 51-60 bal topladıqda “qənaətbəxş” - E, 61-70 bal topladıqda “kafi” - D, 71-80 bal topladıqda “yaxşı” - C, 81-90 bal topladıqda “çox yaxşı”- B, 91-100 bal topladıqda “əla” - A alır. Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir".

K.Əsədov bildirib ki, hər hansı bir müəssisə yüksək qabiliyyətli, bacarıqlı insanların çalışmasına üstünlük verir: "Ali məktəbi fərqlənmə ilə bitirənlərə inam və etibar əksər hallarda özünü təsdiq edir. Eyni zamanda, ali məktəblərin imici qorunur. Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində “qırmızı” diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə bir kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta tələbə magistratura pilləsində təhsil alırsa, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu, fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur”.

Kamran Əsədov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur: “Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil. Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq “qırmızı” diplomun heç bir özəlliyi yoxdur. Əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də “qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir. Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxdur. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir. Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”.

Oxunub: 403
Paylaş:
Digər xəbərlər

Elm və təhsil / Gündəm

19-05-2023, 17:11

Emin Əmrullayev Gürcüstanda “Son zəng” tədbirində - FOTO

Elm və təhsil

19-05-2023, 16:33

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO+VİDEO

Araşdırma

8-05-2023, 14:00

Bu qruplara sənəd verən abituriyentlərin sayı niyə artır?

Ali təhsil / Gündəm

16-05-2023, 17:46

Nazir tələbələrin köçürülməsindən danışıb

Məktəblər

18-04-2023, 04:46

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

Araşdırma
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
Məktəblər açıldı, səsyazıları başladı...
Elm və Təhsil
Dün, 12:19
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi
Dün, 12:19
Ali təhsil almaq istəyən müəllimlərə şərait yaradılsın - TƏKLİF
Dün, 12:18
UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir
Dün, 12:17
Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya çap olunub
Dün, 12:16
“Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”
2-10-2025, 19:58
Müvəqqəti jurnallar – yeni “biznes”?
Hadisə
Bugün, 19:39
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Dün, 11:03
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
2-10-2025, 19:58
Müvəqqəti jurnallar – yeni “biznes”?
Son xəbərlər
  • Bugün, 19:39
    Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
  • Dün, 12:19
    Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi
  • Dün, 12:19
    Ali təhsil almaq istəyən müəllimlərə şərait yaradılsın - TƏKLİF
  • Dün, 12:18
    UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir
  • Dün, 12:17
    Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya çap olunub
  • Dün, 12:16
    “Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”
  • Dün, 11:03
    Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
  • 2-10-2025, 19:58
    Müvəqqəti jurnallar – yeni “biznes”?
  • 2-10-2025, 10:01
    22 dəqiqəlik dərs: Müəllim iki siniflə eyni vaxtda məşğul olur
  • 2-10-2025, 09:59
    Emin Əmrullayev Ceyhun Kərəmovu işdən ÇIXARDI
  • 2-10-2025, 09:43
    Elnur Nəsibov vəzifəsindən azad olunub
  • 2-10-2025, 09:42
    Bakıda məktəb liseyə birləşdirilir - Müəllimlər NARAHATDIR
  • 2-10-2025, 09:41
    İtaliya-Azərbaycan Universiteti: Avropa təcrübəsi Azərbaycana gəlir
  • 1-10-2025, 20:14
    Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır…. Gündəm
  • 1-10-2025, 14:14
    Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
  • 30-09-2025, 12:13
    UNEC rektoru Çində “Huawei” ilə əməkdaşlıq imkanlarını müzakirə edib
  • 30-09-2025, 12:13
    Eksperti: “Tələbələr üçün güzəştli nəqliyyat kartı hazırlanmalıdır”
  • 30-09-2025, 12:12
    281 nömrəli məktəbdə QALMAQAL
  • 30-09-2025, 12:12
    Şirvan-Salyan RTİ işə qəbul üçün müsabiqə elan edib
  • 30-09-2025, 12:10
    4-cü sinifdən sonra bəzi fənlər könüllü olmalıdır - TƏKLİF
  • 30-09-2025, 12:09
    5-ci sinifdən süni intellekt dərsləri: Azərbaycan buna hazırdırmı?
  • 30-09-2025, 11:00
    Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
  • 29-09-2025, 23:24
    Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
  • 29-09-2025, 18:15
    Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
  • 29-09-2025, 12:30
    Əmrullayev etiraf etdi: indi qaldı istefa verməsi... - FAKT BUDUR!
  • 29-09-2025, 11:22
    Təhsildə “Atamanlıq Sistemi”: Qanun Yox, Himayədarlıq İşləyir
  • 29-09-2025, 11:18
    Təhsildə İkiüzlülük: Qadağan Edilən Amma Davam Edən Pul Yığmaları
  • 29-09-2025, 11:12
    Müstəqil universitet modeli iflasa uğrayır - Professor
  • 29-09-2025, 11:11
    Bakıda beynəlxalq innovasiya sammiti başlayıb
  • 29-09-2025, 11:10
    9-cu sinifdən çıxan şagirdlər növbəti il kolleclərə sənəd verə bilər? - DİM
  • 29-09-2025, 11:10
    Özbəkistanlı tələbə: “BMU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb”
  • 29-09-2025, 11:09
    Azərbaycan gəncləri qlobal səviyyəyə çıxacaq - Nazir
  • 27-09-2025, 20:27
    Vəhdət Partiyasının rəhbərliyi və nümayəndələri Zəfər Parkında şəhidlərimizin xatirəsin yad edib
  • 27-09-2025, 16:32
    Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası keçirib
  • 26-09-2025, 17:15
    Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI
Daha çox
1-10-2025, 14:14
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
30-09-2025, 11:00
Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
29-09-2025, 18:15
Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
29-09-2025, 11:22
Təhsildə “Atamanlıq Sistemi”: Qanun Yox, Himayədarlıq İşləyir
29-09-2025, 23:24
Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
29-09-2025, 11:18
Təhsildə İkiüzlülük: Qadağan Edilən Amma Davam Edən Pul Yığmaları
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə