İyunun 14-də Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib.
tehsil.media xəbər verir ki, Dövlət Himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar və onların valideynləri duyğulu anlar yaşayıblar.
Məktəbin direktoru
Zəminə Nuriyeva məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonrakı müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Məktəb direktoru Zəminə Nuriyeva Azərbaycan bayrağı dalğalanan zaman “Var olsun üçrəngli bayrağımız, Var olsun Azərbaycan Respublikası, Var olsun Ali Baş Komandan İlham Əliyev sözləri ilə çıxış edib.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib. Vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib, xatirə şəkilləri çəkilib.
TƏHSİL MEDİA