Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Türkiyə-Azərbaycan qardaşlığı - MƏQALƏ

Gündəm

15-06-2023, 10:40

Türkiyə-Azərbaycan qardaşlığı - MƏQALƏ


Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı qədim tarixi irsə, zəngin ənənələrə malikdir. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır.

Bu iki dövlət arasındakı səmimi dostluq münasibətlərinin demək olar ki, dünyada analoqu yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin siyasi və mənəvi əhəmiyyəti böyükdür. Əlbəttə, bu, həm Türkiyəyə, həm Azərbaycana, həm də dünyaya bir mesajdır.

İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ənənəvi səfərini edir və bu, dövlət səfəridir. Yəni, Türkiyə Prezidentinin budəfəki dövlət səfəri dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ali səviyyəsini nümayiş etdirir.

27 sentyabr 2020-ci il tarixində başlayıb, 8 noyabr 2020-ci ildə böyük tarixi Zəfərimizlə bitən Vətən müharibəsinin hər saatında və hər dəqiqəsində qardaş Türkiyə daim Azərbaycanın yanında yer aldı. Türkiyənin ölkəmizə və xalqımıza göstərdiyi bu siyasi, mənəvi dəstək həmin tarixi günlərdə hər birimizi sonsuz qürurlandırdı.

8 noyabr Zəfərimizə biz sevindiyimiz qədər qardaş türk xalqı da sevindi. 44 günlük Vətən müharibəsindən bir qədər sonra 10 dekabr 2020-ci ildə Türkiyə və Azərbaycan prezidentləri Azərbaycan ordusunun Zəfər paradını birlikdə qəbul etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə dəstəyini açıq, birmənalı və sərt açıqlamalarla ifadə etməsi Azərbaycan xalqını çox sevindirdi. İstər hərbi əməliyyatların davam etdiyi dövrdə, istərsə də Qarabağın, Şərqi Zəngəzurun bərpasının davam etdiyi hal-hazırki günlərdə qardaş Türkiyə dövləti daim Azərbaycanın yanındadır.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Bu elə bir inkişaf mərhələsidir ki, hər iki dövləti böyük nailiyyətlərə doğru aparacaq.Türkiyədə keçirilən Prezident seçkilərində Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərməsi, qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyevin seçkilərin birinci turundan və ikinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəngi, ilk olaraq təbrik etməsi bu deyilənlərin sübutudur. Seçkilərdən əvvəl də, seçki prosesində də səsləndirilən fikirlərdən aydın olurdu ki, Azərbaycan-Türkiyə əməkdaşlığı, liderlərin birgə sıx işbirliyi ilə görüləsi işlər, həyat keçiriləsi layihələr hələ çoxdur. Sirr deyil ki, Türkiyə-Azərbaycan münasibətləri, görüşləri, layihələri, atılan addımlar hər kəsin diqqət mərkəzindədir.

Budəfəki səfəri həm də bu prosesdə yeni mərhələnin başlanğıcı, yarımçıq qalmış işlərin davamı, daha böyük layihələrin startı kimi dəyərləndirmək olar.

Azərbaycan-Türkiyə münasibətlərinin yeni səhifəsi hər iki dövlətin, millətimizin gələcəyi, inkişafı, regionda sabitliyin və sülhün bərqərar olunması baxımından, həmçinin bütün Türk dünyası və Türk Dövlətləri Təşkilatı üçün də çox faydalı olacaq.

Məmləkət İbrahimova

Oxunub: 298
Paylaş:
Digər xəbərlər

Gündəm

29-05-2023, 10:46

AMEA və AYB rəhbərliyi Ərdoğanı təbrik edib

Elm və təhsil

28-05-2023, 15:52

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı TƏSDİQLƏNDİ

Dünya

12-05-2023, 17:58

Ərdoğandan Kılıçdaroğluna SƏRT TƏPKİ: "Ayıb olsun"

Dünya / Gündəm

19-05-2023, 11:50

Sabahdan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başlayır

Gündəm

13-05-2023, 21:08

Elmira Yaqubovanın "Heydər Əliyev haqqında esse" adlı kitabı çap olunub

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 13:41
ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
Dün, 13:34
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender
Dün, 11:43
Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
Dün, 11:42
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
Dün, 11:40
Uşaqlarda nitq inkişafı: Valideynlər nə zaman narahat olmalıdır?
Dün, 11:40
Bullinq: Zarafat deyil, zorakılıqdır
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 13:41
    ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
  • Dün, 13:34
    Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender
  • Dün, 11:43
    Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
  • Dün, 11:42
    Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
  • Dün, 11:41
    Serbiyada tələbə etirazlarına BMT tənqidi
  • Dün, 11:40
    Uşaqlarda nitq inkişafı: Valideynlər nə zaman narahat olmalıdır?
  • Dün, 11:40
    Bullinq: Zarafat deyil, zorakılıqdır
  • Dün, 11:35
    Qarabağ Universitetinin prorektoru vəzifəsindən azad edildi
  • Dün, 11:35
    Tayvan çip sahəsində beynəlxalq tələbələrə investisiya edir
  • 4-08-2025, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • 4-08-2025, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • 4-08-2025, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • 4-08-2025, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • 4-08-2025, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • 4-08-2025, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Dün, 13:41
ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə