"Yaşlı müəllimlərin əməkhaqları qaldırılsın".
tehsil.media xəbər verir ki, bunu ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.
O, yaşı 60-dan çox olan müəllimlərin maaşlarına 20 % əlavə olunmasını təklif edib.
"Təklif edirəm ki, yaşı 60-dan yüksək olan, sertifikasiyaya cəlb edilməyən müəllimlərin əməkhaqlarını nəzakətlə 20 % qaldıraq. Özünü cəmiyyətin inkişafına həsr etmiş, saçlarını ağartmış, əsəb sistemini məhv etmiş insana buda azdır", - ekspert bildirib.