Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

Ali təhsil

21-07-2023, 20:28

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb


Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Bu barədə "tehsil.media"a DİM-dən bildirilib.

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34234 abituriyentdən (II qrup üzrə 15611 nəfər, III qrup üzrə 18623 nəfər) 738 nəfəri (II qrup üzrə 424 nəfər, III qrup üzrə 314 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhər 24 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 394 bal, birinci mərhələsində isə 292.4 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 686.4 baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni (390.9 bal) Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Saatlı rayon Varxankənd orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 675.2 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 iyul 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 23 iyul saat 10:00-dan 25 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Oxunub: 238
Paylaş:
Digər xəbərlər

Ali təhsil

20-06-2023, 18:30

I və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Ali təhsil

6-06-2023, 18:22

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

Məktəblər

25-06-2023, 10:17

Azərbaycan dili imtahanlarının nəticələri AÇIQLANDI

Elm və təhsil

12-06-2023, 16:16

Harmoniya, musiqi nəzəriyyəsi və solfecio fənləri imtahanının nəticələri elan olunub

Ali təhsil / Gündəm

6-06-2023, 20:55

Qəbul imtahanında iştirak edən 17 nəfərin nəticəsi ləğv edilib

Araşdırma
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!
Abşeron-Xızı Regional Təhsil İdarəsində AYNUR RÜSTƏMOVA HEGEMONLUĞU
ETN- ARTİ-LDU-Lənkəran Astara Regional Təhsil İdarəsini nə birləşdirir? Dövlət səviyyəsində qanunsuzluq etməyə bu ixtiyarı haldan alıblar???
Elm və Təhsil
Bugün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bugün, 10:38
Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
Bugün, 10:37
Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
Bugün, 10:35
I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
Bugün, 10:25
Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
Bugün, 10:23
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Hadisə
Bugün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • Bugün, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • Bugün, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • Bugün, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • Bugün, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • Bugün, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • Dün, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • Dün, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • Dün, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • Dün, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • Dün, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • Dün, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • Dün, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • Dün, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • Dün, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • Dün, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • Dün, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • Dün, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • Dün, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • Dün, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • Dün, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:48
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:47
    Metroda azyaşlıya qeyri-etik hərəkətlər etdi - Həbs olundu
  • 17-06-2025, 14:46
    İkinci cəhd imtahanında 700 bal GÖZLƏNİLİR
  • 17-06-2025, 14:45
    Attestatların verilməsinə BAŞLANILDI
  • 17-06-2025, 14:44
    Birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
  • 17-06-2025, 14:43
    Dövlət qulluğu imtahanına sənəd verənlərə vacib xəbər
Daha çox
Dün, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Dün, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
Dün, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Dün, 17:16
Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə