27 aprel 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə "Azərbaycan dili və ədəbiyyat müəllimlərinin I forumu"nu keçirəcək.
Bu barədə "tehsil.media"a AGMA-dan məlumat verilib.
Forumda iştirak edəcək spikerlərdən ARTİ-MDPİM-in əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova iştirakçıları "Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında metodika və pedaqogika üzrə qiymətləndirmə çərçivəsinin izahı” mövzusu barədə məlumatlandıracaqdır.
Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.
Qeyd: Forum onlayn şəkildə keçiriləcək. Forum haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı qeydiyyat linkindən keçə bilərsiniz.
Qeydiyyat linki: https://chat.whatsapp.com/JvLeZ3O8mty5YaYcOHNCZu