Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "
tehsil.media"a bildirilib ki, payız sessiyası üzrə 3630 nəfərə TTK verilib.
Onların arasından 1158 nəfərin müraciəti sosial TTK, 2472 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.