Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini vəzifəsində təyin edilib.
tehsil.media xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, Mehriban Vəliyeva eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək.