Mövcud ali təhsil müəssisələrinin nəzdində elmi tədqiqat institutları yaradılacaq.
tehsil.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hansı universitetlərin olacağı məsələsi təhlil edilməlidir:
"Hansı universitet lazımi kriteriyalara cavab verəcəksə onun da əsasında yaradılacaq. Yəqin ki, bizim də vacib universitetlərimiz olacaq".