Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil olunub.
Bu barədə
"tehsil.media" a ADNSU-dan məlumat verilib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafiya, fotoalbom, dahi rəhbərin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, ölkəmizin dünyada nüfuzunun yüksəlməsində müstəsna tarixi xidmətlərindən bəhs edən kitablar yer alıb.
Eyni zamanda, sərgidə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda qazanılan uğurları əks etdirən 80-dən çox kitab və digər nəşrlər nümayiş etdirilir.