Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 26-28 aprel 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən qonaqlardan müsahibələr alınıb.
Bu barədə "TehsilMedia.az”a AMEA-dan bildirilib.
Türkiyənin Uşak Universitetinin rektoru professor Dr. Ekrem Savaş, Özbəkistan Elmlər Akademiyasının V.İ.Romanovski adına Riyaziyyat İnstitutunun professoru Şavkat Ayupov beynəlxalq konfrans haqqında məlumat veriblər. Bununla yanaşı, Türkiyə, Serbiya, Gürcüstan, elm adamlarından da müsahibələr götürülüb.
Müsahibələrlə buradan tanış ola bilərsiniz.