Kremlin sözçüsü Peskov bəyan edib ki, Rusiya lideri Putin Qara dəniz taxıl dəhlizi sazişini yeniləmək üçün Ərdoğanla görüşmək niyyətində deyil.
TehsilMedia.az xəbər verir ki, Kreml gələn həftə başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı deyəcək yeni heç nə olmadığını və Rusiya prezidenti Vladimir Putinin müqaviləni yeniləmək üçün prezident Tayyib Ərdoğanla görüşmək fikrində olmadığını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Putinin Türkiyəyə nə vaxt səfər edəcəyi dəqiq deyil. Peskov onu da qeyd edib ki, Türkiyədə Rusiyanın “təbii qaz mərkəzi”nin yaradılması ilə bağlı suala cavab olaraq Rusiya Türkiyə ilə əlaqələrini davam etdirməyi planlaşdırır.
Prezident Ərdoğan dünən Putinin gələn ay Türkiyəyə səfərinin gözlənildiyini, səfərin baş tutacağı təqdirdə Qara dəniz taxıl dəhlizi məsələsini də müzakirə edəcəklərini bildirib.
Moskva dəfələrlə bəyan edib ki, Qara dəniz taxıl dəhlizi haqqında sazişin müddətini iyulun 17-dən sonra uzatmaq üçün heç bir səbəb görmür.
Ötən həftə Türkiyənin beş ukraynalı komandirini Kiyevə geri göndərməsindən sonra Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşib. Rusiya bəyan edib ki, Türkiyə Ukrayna komandirlərini Kiyevə təhvil verməklə əsir mübadiləsi razılaşmasını pozub.
Məsumə İmran