AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü ilə əlaqəli kitab sərgisi təşkil edilib.
MEK-dən
"TehsilMedia.az" a bildirilib ki, sərgidə Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilən, müxtəlif illərdə çap olunmuş kitablar təqdim edilir. Bunların sırasında “Azərbaycan bayraqları”, “Dövlət bayrağına münasibət qaydaları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Bayrağımız, gerbimiz, himnimiz”, “Qaldır türkün bayrağını”, “Azərbaycan istiqlalının bayraqdarı”, “Bayrağımız sarsılmaz”, “Baxıb türkün bayrağına”, “Qürub rəngləri” və başqa dəyərli nəşrlər yer alıb.
Konstitusiya Günü ilə əlaqəli sərgidə isə MEK-in fondlarında qorunan azərbaycançılıq, dövlətçiliklə bağlı “Azərbaycan Respublikasının Cinayət hüququ”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya məhkəməsinin (plenumunun) Qərarları”, “Xarici ölkələrin Konstitusiya (dövlət) hüququ”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir” və digər kitablar nümayiş olunur.
Hər iki sərgi cari ayın sonunadək davam edəcək.
![MEK-də Dövlət bayrağı və Konstitusiya günü ilə bağlı kitab sərgisi keçirilir - FOTO MEK-də Dövlət bayrağı və Konstitusiya günü ilə bağlı kitab sərgisi keçirilir - FOTO](https://tehsilmedia.az/uploads/posts/2023-11/medium/1699433328_2982_1699377334.jpeg)
![MEK-də Dövlət bayrağı və Konstitusiya günü ilə bağlı kitab sərgisi keçirilir - FOTO MEK-də Dövlət bayrağı və Konstitusiya günü ilə bağlı kitab sərgisi keçirilir - FOTO](https://tehsilmedia.az/uploads/posts/2023-11/medium/1699433357_7049_1699377334.jpeg)