"137.000 müəllimin 2026-cı ilə qədər sertifikasiyadan keçirilməsi planlaşdırılır".
TehsilMedia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında qeyd edib.
Nazir bildirib ki, müəllimlərin təxminən 1/3 hissəsi sertifikatlaşdırılmaya cəlb olunub.
"Növbəti ilıərdə hədəfimiz hər bir məktəbdə 1 metodist müəllimin təyin olunmasıdır. Onlar daim müəllimlərə dəstək verib, yanlarında olmalıdır. Sertifikatlaşdırılma nəticələrinə əsasən bu islahatlara başlanılacaq",-deyə nazir əlavə edib.