"Ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək:
"Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.