AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Solmaz Namazova və Təbriz Ağaşov İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AMEA-nın Rəyasət Heyətinin təşkil etdiyi müasir rəqəmsal dünyada mühüm rolu olan proqramlaşdırma dilləri - "Introduction to HTML5", "HTML, CSS, and javascript for Web Developers", "AI for Everyone" kurslarını müvəffəqiyyətlə başa vurublar.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, bununla yanaşı, S.Namazova və T.Ağaşov ABŞ-ın Michigan və Johns Hopkins universitetlərinin sertifikatlarına layiq görülüblər.