Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən səfər çərçivəsində Giorgi Amilakhvari ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb.
Görüşdə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin rəhbər şəxsləri, eləcə də Gürcüstandan olan nümayəndə heyəti iştirak ediblər.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması kimi məsələlər müzakirə olunub.