Beynəlxalq Təhsil İcmalı bülleteninin yanvar ayı buraxılışı çıxıb
Elm və təhsil
25-01-2024, 18:03
Bülletenin yanvar ayı üçün hazırlanmış sayında “Süni intellekt dövründə müəllimlərin təkmilləşdirilməsi”, “İbtidai məktəbin keyfiyyət şərtləri: İndoneziyanın ucqar bölgələrindəki məktəblərin nümunəsi”, “Koreya və Yaponiyada dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi təhsilə çıxışın alternativ yolu kimi”, “Təhsildə gender bərabərliyinə nail olunması: tərəqqi və məhdudiyyətlərin təhlili” adlı məqalələr yer alıb.