Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib.
TehsilMedia.az xəbər verir ki, universitetin rektoru professor Gəray Gəraybəyli müalicə-profilaktika fakültəsinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.
Rektor tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib. İmtahandan uğurla çıxan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.
İmtahan prosesinə ATU-nun prorektorları da nəzarət edib.