Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan statistikası açıqlanıb.
Fonddan "
TehsilMedia.az"a bildirilib ki, bu günə qədər 26 min 173 tələbə kredit almaq üçün müraciət edib.
TTKF fəaliyyətə başladığı gündən 19 min 484 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 7 min 111 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 12 min 373 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.
Kredit alan tələbələrin 11 min 174-ü qadın, 8 min 310-u kişidir.