Ali məktəblərə ixtisas seçiminə sayılı günlər qalıb. Bu məqamda abituriyentlər daha diqqətli olmalı, düzgün seçim etməli və yüz ölçüb, bir biçməlidir. Seçiləcək ixtisaslar toplanan bala uyğun olmalıdır. Arzuolunan ixtisas üzrə ayrılan plan yerinə diqqət yetirmək ən önəmli məqamlardan biridir.
TehsilMedia.az xəbər verir ki, ekspert
Sevinc Purkeştasib bildirir ki, ballar yuxarı olduqca ixtisas seçmək daha rahat olur. Ballar azalmağa doğru getdikcə ixtisas seçimi çətinləşir. 300-400 bal arası riskli bal hesab olunur. Abituriyentlərnin 60%-dən yuxarısı bu bal aralığından yuxarı yığır. Bu da onların plan yerlərinə təsir edir. Ayrılmış plan yeri ilə müqayisədə abituriyentin sayı üstünlük təşkil edir.
Təhsil eksperti deyir ki, abutiriyentlər ixtisasları 1-dən 15-ə kimi pilləli şəkildə qeyd etməlidirlər.
Keçidi topladıqları baldan yüksək olan ixtisasları da yaza bilərlər. Təxminən öz yığdıqları baldan 5-10 bal yuxarı yerləri yaza bilərlər. Daha sonra isə öz ballarına uyğun yerləri yazmalıdırlar.Sevinc Purkeştasibin sözlərinə görə, abituriyentlərin əməkbazarında çox yer ayrılmış ixtisasları seçmələri daha məqsədəuyğundur. Bu, gələcəkdə onların işlə təmin olunmalarında da böyük rol oynayır. Seçilən universitetin də əhəmiyyəti çoxdur.