Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə-rektorlar şurası yaradılıb. TehsilMedia.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib.
Şuranın yaradılmasının məqsədi sabiq və hazırki Tələbə-rektorların təcrübəsindən yararlanaraq, universitetin tələbə təşkilatlarının fəaliyyətinə dəstək olmaq, mövcud vəziyyəti müzakirə etmək, müvafiq təkliflər irəli sürməklə universitetin davamlı inkişafı üçün vahid mərkəzdə çalışmaqdan ibarətdir. Eyni zamanda UNEC-in tələbə rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və tələbə rektorlar şəbəkəsini formalaşdırmaqdır.