Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Litva Respublikasının Elm və Təhsil Nazirliyinin dövlət təqaüdünün qalibi olub.
UNEC-dən
"TehsilMedia.az" a bildirilib ki, Nərgiz Hacıyeva, eyni zamanda, Vitautas Magnus Universitetinin (VMU) siyasi elmlər və diplomatiya ixtisasından magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə məzunu olaraq, VMU-nun fəxri səfiri seçilib.
Nərgiz Hacıyeva bu il noyabrın 10-da Vitautas Magnus Universiteti və Litvanın Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “VMU məzunlarının dayanıqlığı və optimizmi” adlı beynəlxalq məzunlar forumunda “Elmi səlahiyyətlərin yolu: Litvadan dünyaya” mövzusunda çıxış edəcək.