Özünəxidmət nağd ödəniş terminalları şəbəkəsi "Emanat” şirkətinin insan resursları departamentinin meneceri Günel Qaçayeva Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.
Universitetdən "TəhsilMedia.az"a bildirilib ki, tələbələr qarşısında təqdimatla çıxış edən qonaq "Emanat” şirkətinin yaranması və keçdiyi inkişaf yolu haqqında məlumat verib, şirkətin təcrübə proqramları və vakansiyalarına müraciət qaydaları, o cümlədən iş müsahibələri zamanı diqqət edilməli məqamları açıqlayıb.
Təqdimatın ardından tələbələrin mövzu istiqamətində sualları cavablandırlıb.
Sonda Günel Qaçayeva tərəfindən verilən sualları doğru cavablandıran üç tələbəyə "Emanat” şirkətinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, görüş Azərbaycan Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.