SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
BANM-dən "
TehsilMedia.az"a bildirilib ki, tədbirdən öncə məktəbin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
Anım tədbirində əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu, ölkənin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin adlarının əbədi olaraq tariximizə və xalqımızın yaddaşına həkk edildiyini bildirib. Rektor 20 Yanvar hadisələrinin Azərbaycan xalqının mübarizliyinin, məğrurluğunun göstəricisi, milli birlik, qəhrəmanlıq və əzmkarlıq salnaməsi olduğunu vurğulayıb.