Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının iclası keçirilib.
Tehsilmedia.az xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qış imtahan sessiyasının təşkili barədə geniş məlumat verib. Rektor qeyd edib ki, BDU-da imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Bu gün universitetdə 5 mindən çox tələbə imtahan verir.
Sonra İctimai Nəzarət Şurasının üzvləri auditoriyalarda imtahanların gedişini izləyiblər. Şura üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər.