Son günlər sosial şəbəkələrdə nizam-intizam qaydalarını pozan şagirdlərin cəza növü kimi məktəbi təmizləyəcəyi kimi paylaşımlar edilib. Məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəs bu cür cəzanın tətbiq edilməsi nə dərəcədə doğrudur?
Həqiqətən də, yeni tədris ilində təhsil müəssisələrində bu cür cəza nəzərdə tutulubmu?TehsilMedia.az xəbər verir ki, ekspertlər bildirirlər ki, təmizlik və bu kimi işlərin məcburən yerinə yetirilməsi təhsil haqqında qanuna ziddir. Yəni birbaşa tədris prosesi ilə bağlı olmayan məsələlərə şagirdlərin cəlbolunması yolverilməzdir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi
Rüfət Əsədzadə isə deyib ki, sənəddə şagirdlərin davranış qaydaları ilə bağlı cəza yox, məhdudiyyətlər qeyd olunub. Həmçinin pedoqoji yanaşma da məktəblilərin bu qaydaları pozduğuna görə cəzalardırılmasını qəbul etmir.
Rüfət Əsədzadən fikrincə, təhsil müəssisələrində qaydalar yox, dəyərlər formalaşdırılmalıdır.
Bu cəza növləri uşaqlarda psixoloji olaraq travmalar yarada bilər. Rüfət Əsədzadə tənbeh xarekterli məhdudiyyətlərin qoyulmasını daha düzgün və məqsədəuyğun hesab edir.
İctimai Şuranın üzvü
Pərvanə Məmmədova bildirib ki, şagirdlərə təmizlik işləri məcburi şərt kimi qoyularsa, bu uşaq hüquqlarının pozulması hesab olunur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, yayılan iddialar həqiqətə uyğun deyil. Təhsil müəssisələrində “şagirdlərin məktəbi təmizləməsi” kimi cəza növü yoxdur.