Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunmuşdur".
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd olunub ki, buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur:
"Nəzərinizə çatdırırıq ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək".